...

Qaradağda yanğın - Bir nəfər xilas edildi

Hadisə Materials 16 Noyabr 2018 09:16 (UTC +04:00)
Qaradağda 4 otaqlı ev yanıb
Qaradağda yanğın - Bir nəfər xilas edildi

Bakı. Trend:

Qaradağda 4 otaqlı ev yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə və ona bitişik ümumi sahəsi 300 m² olan ikimərtəbəli 12 otaqlı evin pəncərəsi və dam örtüyü 1 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xilas olunub. Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti