...

Cəlilabad sakini heroini könüllü olaraq polisə təhvil verib

Hadisə Materials 29 Noyabr 2018 12:07 (UTC +04:00)
Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər 13 qrama yaxın heroini könüllü olaraq polis əməkdaşlarına təqdim edib.
Cəlilabad sakini heroini könüllü olaraq polisə təhvil verib

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər 13 qrama yaxın heroini könüllü olaraq polis əməkdaşlarına təqdim edib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, aparılan araşdırmalarla həmin narkotik vasitəni satan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Mirzəyev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti