Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Diyarbəkir vilayətində Dəclə çayında eyniadlı su anbarının şlüzlərindən biri dağılıb.
Trend-in məlumatına görə, bunun nəticəsi olaraq Dəclə çayında suyun səviyyəsi xeyli artıb.
Ətraf ərazilərdə yaşayan sakinlərin təxliyəsi istisna olunmur.
Hadisənin səbəbləri və təfərrüatlar barədə məlumat verilmir.