...

Zaqatalada evdən oğurluq edən şəxs tutulub

Hadisə Materials 28 Dekabr 2018 16:23 (UTC +04:00)
Dekabrın 27-də Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini onun evindən 139 manat pulun oğurlandığını bildirib.
Zaqatalada evdən oğurluq edən şəxs tutulub

Bakı. Trend:

Dekabrın 27-də Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini onun evindən 139 manat pulun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxsin rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmmədov olduğu müəyyən edilib. Ətrafında aparılan araşdırmalarla onun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, onun dekabrın 6-da başqa bir evdən də 400 manat pul oğurladığı müəyyən edilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti