...

İmişlidə motosiklet qəzaya uğradı, sərnişini öldü

Hadisə Materials 29 Dekabr 2018 18:40 (UTC +04:00)
İmişli rayonunun Yalavac kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
İmişlidə motosiklet qəzaya uğradı, sərnişini öldü

Bakı. Trend:

İmişli rayonunun Yalavac kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 28-də saat 7 radələrində İmişli rayonunun Yalavac kəndi ərazisində Rəsullu kənd sakini Məhəmməd Kərimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə kənd sakini Adəm Mirzəmmədovun idarə etdiyi “İj” markalı motosiklet toqquşub.

Nəticədə A.Mirzəmmədovun sərnişini Valeh Mehdiyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti