...

Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 10 Yanvar 2019 10:22 (UTC +04:00)
Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb
Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı rayon Qarayevkənd kənd sakini Ramil Əzizov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 80 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Orta Muğan kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Hüseynzadə saxlanılıb.

Dindirilmə zamanı H.Hüseynzadə törətdiyi cinayət əməlini etiraf edib. Aparılan araşdırmalar zamanı onun digər oğurluq əməlində də iştirakının olduğu məlum olub. Belə ki, onun ötən il dekabr ayının 30-da başqa bir mənzildən ümumi dəyəri 2070 manat olan qızıl-ziynət və məişət əşyalarını oğurladığı məlum olub. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti