...

Qobustanda qoruq ərazisindən tapança və patronlar tapılıb

Hadisə Materials 25 Yanvar 2019 16:18 (UTC +04:00)
Qobustanda qoruq ərazisindən tapança və patronlar tapılıb
Qobustanda qoruq ərazisindən tapança və patronlar tapılıb

Bakı. Trend:

Qobustanda qoruq ərazisindən tapança və patronlar tapılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Mühafizə Şöbəsi və 11-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə tədbir keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Qobustan milli qoruğunun ərazisindən sellofana bükülmüş 1 ədəd tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti