...

Bülbülədə oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 30 Yanvar 2019 02:23 (UTC +04:00)
Araşdırma aparılır.
Bülbülədə oğurluq edən şəxslər saxlanılıb

Bakı. Trend:

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsi ərazisində 290 metr rabitə kabelinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Əhmədov, N.Yusifov və əvvəllər məhkum olunmuş M.Alırzayev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti