...

Marşrutda qadının çantasından oğurluq edən şəxs tutulub

Hadisə Materials 1 Fevral 2019 11:51 (UTC +04:00)
Marşrutda qadının çantasından oğurluq edən şəxs tutulub
Marşrutda qadının çantasından oğurluq edən şəxs tutulub

Bakı. Trend:

Marşrutda qadının çantasından oğurluq edən şəxs tutulub.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 31-də Abşeron Rayon Polis İdarəsinə müraciət edən Masazır qəsəbə sakini olan qadın qəsəbə ərazisindəki xətt marşrutlarının birində içərisində 222 manatı və sənədləri olan pulqabısının çantasından oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Ağamalıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti