...

Bakıda qəza törədən 20 yaşlı gənc xəstəxanalıq oldu

Hadisə Materials 5 Fevral 2019 11:12 (UTC +04:00)
Gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qəza baş verib
Bakıda qəza törədən 20 yaşlı gənc xəstəxanalıq oldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qəza baş verib.

Trend-in məlumatına görə, 1998-ci il təvəllüdlü Cəlil Bəşirov idarə etdiyi avtomobil ilə qəza törədib.

Nəticədə ağır xəsarətlər alan gənc təcili yardımla 3 Saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, ötən gecə saat 03:35-də yerləşdirilən C.Bəşirov hazırda reanimasiya şöbəsindədir. Ona hər iki baldırların qırılması, qolların və baş nahiyəsinin yırtılması diaqnozu qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti