...

İsmayıllı sakinindən 1 kq-dan artıq marixuana götürülüb

Hadisə Materials 21 Fevral 2019 16:43 (UTC +04:00)
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
İsmayıllı sakinindən 1 kq-dan artıq marixuana götürülüb

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, fevralın 20-də RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalınçaq kənd sakini Məzahir Əzimov saxlanılıb.

Keçirilmiş tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Evdən və həyətyanı sahədəki tikilidən ümumi çəkisi 1 kiloqram 480 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti