...

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb (FOTO/VİDEO)

Hadisə Materials 25 Fevral 2019 13:27 (UTC +04:00)
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Vaz-21011" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Vaz-21011" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı, nəqliyyat vasitəsinin salonunun tavan hissəsində, eləcə də sağ və sol qanadlarında gizlədilmiş, üzərində "Magic Shots" yazısı olan 384 ədəd və üzərində "Triangle cracker" yazısı olan 1800 ədəd priotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti