...

Bakıda yaşlı qadına qarşı quldurluq edən şəxslərə hökm oxundu

Hadisə Materials 27 Fevral 2019 22:15 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İlkin Məlikov və Kamran Gəncimaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda yaşlı qadına qarşı quldurluq edən şəxslərə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İlkin Məlikov və Kamran Gəncimalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 20-də Binəqədi rayonunun Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı Solmaz Fətullayevanın başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağını götürüblər.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, dostu K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti