...

Hacıqabulda 4 otaqlı ev yanıb

Hadisə Materials 2 Mart 2019 00:11 (UTC +04:00)
Hacıqabulda yanğın qeydə alınıb
Hacıqabulda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Hacıqabulda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Hacıqabul rayonunun İkinci Udullu kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının, aynabəndinin yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti