...

Füzuli rayonunda yanğın baş verib

Hadisə Materials 8 Mart 2019 23:18 (UTC +04:00)
Füzuli rayonunda yanğın baş verib
Füzuli rayonunda yanğın baş verib

Bakı. Tural Turan - Trend:

Füzulidə yanğın qeydə alınıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına gör, rayonun Dördüncü Zobucuq qəsəbəsində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları qismən yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti