...

Sumqayıtda qəza - 1 ölü, 3 yaralı

Hadisə Materials 11 Mart 2019 16:23 (UTC +04:00)
Sumqayıtda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Sumqayıtda qəza - 1 ölü, 3 yaralı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sumqayıtda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə gecə saat 02.00 radələrində Corat qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Kəllə beyin travması alan xəstələrdən birinin vəizyyəti ağır olduğundan Bakıya göndərilib. Digər yaralılar isə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında reanimasiyaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti