...

Dəniz vasitəsilə gətirilən 710 kq tiryək aşkarlanıb

Hadisə Materials 16 Mart 2019 18:41 (UTC +04:00)
İranın cənubunda yerləşən Buşehr vilayətində 710 kiloqram tiryək aşkarlanıb.
Dəniz vasitəsilə gətirilən 710 kq tiryək aşkarlanıb

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda yerləşən Buşehr vilayətində 710 kiloqram tiryək aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Buşehr vilayəti hüquq-mühafizə idarəsinin rəisi Xəlil Vaezi deyib.

X.Vaezinin sözlərinə görə, narkotik vasitə dəniz vasitəsi ilə İrana gətirilib.

Polis rəisi əməliyyat nəticəsində bir nəfərin saxlanıldığını bildirib:

“Bundan əlavə ötən 10 gün ərzində vilayətdə 1 ton narkotik maddə aşkar edilib, 13 nəfər və 8 avtomobil saxlanılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti