...

Ankarada yanğında 5 nəfər ölü, 11 yaralı - Hamısı əfqandır (YENİLƏNİB)

Hadisə Materials 29 Mart 2019 11:55 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin paytaxtı Ankarada üçmərtəbəli binada yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində beş nəfər həlak olub.

Daha 11 nəfərin xəsarət aldığı deyilir. Ölən və xəsarət alanların hamısının Əfqanıstan vətəndaşı olduğu bildirilir.

Qeyd olunur ki, bina yaşayışa yararlı olmayıb.

Hazırda yanğın söndürülüb, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti