...

Zirə qəsəbə nümayəndəsi cərimələnib (FOTO)

Hadisə Materials 4 Aprel 2019 16:42 (UTC +04:00)

Bakı. Trend:

Xəzər rayonunda keçirilən reyd zamanı Zirə qəsəbəsində yerləşən su kanalının ətrafında məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər rayon İcra Hakimiyyətinin Zirə qəsəbə nümayəndəsi F.Məlikov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilmiş və 2000 manat məbləğində cərimələnib. Həmçinin həmin ərazinin təmizlənməsi tələb olunub.

Qısa müddətdə su kanalı və onun ətrafı təmizlənərək abadlaşdırılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti