...

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Hadisə Materials 16 Aprel 2019 15:54 (UTC +04:00)
Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb
Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21074" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda və yük yerində gizlədilən 3000 ədəd "King" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti