...

Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib

Hadisə Materials 28 Aprel 2019 16:52 (UTC +04:00)
Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib

Bakı. Trend:

Binəqədidə yataqxanada yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 36 kv.m olan 2 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti