...

Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü

Hadisə Materials 30 Aprel 2019 07:00 (UTC +04:00)
Daşkəsəndə yaşlı kişi itkin düşüb.
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü

Bakı. Samir Əli - Trend:

Daşkəsəndə yaşlı kişi itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə polisə Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini Bağırova Durna Ədil qızı müraciət edib.

Müraciətdə bildirib ki, onun qeyri-rəsmi nikahda yaşadığı 1950-ci il təvəllüdlü, Şəmkir rayonunun Qaracəmirli kənd sakini, Daşkəsən rayonunun Qabaqtəpə kəndində yaşayan Məmmədov Səməd Alışan oğlu itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti