...

Buzovnada ticarət mərkəzində baş verən yanğlın söndürülüb (YENİLƏNİB-2)

Hadisə Materials 18 May 2019 23:28 (UTC +04:00)
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Buzovnada ticarət mərkəzində baş verən yanğlın söndürülüb (YENİLƏNİB-2)

İlk xəbər saat 20:48-də yayımlanıb

Bakı. Samir Əli - Trend:

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ticarət mərkəzinin zirzəmi qatında 100 m² sahədə parça materiallar yanıb.

Əlavə məlumat veriləcək.

XXX

22:26

Buzovnada ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar 4 nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə nəticəsində 4 nəfər həmin şöbəyə gətirilib. Onlarda tüstulənmə nəticəsində panik vəziyyət yaranıb, zəhərlənmə qeydə alınmayıb.

Müraciət edənlərə də ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

XXX

20:48

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur).

Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti