...

İsmayıllıda güclü külək meşə ağaclarına ziyan vurub

Hadisə Materials 20 May 2019 21:19 (UTC +04:00)
Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub.
İsmayıllıda güclü külək meşə ağaclarına ziyan vurub

Bakı. Samir Əli - Trend:

Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib: "Qeyd edək ki, Milli Hidrometeorologiya Departamentindən xəbər verildiyi kimi mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib".

Nazirliyin rəsmisinin sözlərinə görə, 19 may 2019-cu il tarixində İsmayıllı rayonunda baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb:

“Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti