Bakı. Ceyhun Ələkbərov - Trend:
Ötən gün Bibiheybətdə vurulan velosipedçinin kimliyi məlum olub.
Trend-in məlumatına görə, Səbael rayonu, Bibiheybət qəsəbəsində məscidin yaxınlığında minik avtomobili tərəfindən vurulan velosipedçi Bayıl qəsəbə sakini, 1976-cı il təvəllüdlü Səlimov Ruslan Feyzulla oğludur.
Kəllə-beyin travması alan R.Səlimov hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, "Mercedes E-class" markalı avtomobil velosipedçini vurduqdan sonra, sürücü özü yaralını xəstəxanaya aparıb.