Bakı. Trend:
Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.