...

Gecə Bakıda qan töküldü - Ər arvadını bıçaqladı

Hadisə Materials 29 May 2019 09:41 (UTC +04:00)
Bakıda gecə saatlarında bıçaqlanma baş verib.
Gecə Bakıda qan töküldü - Ər arvadını bıçaqladı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda gecə saatlarında bıçaqlanma baş verib.

Trend-in məlumatına görə, hadisə Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınıb. Ailə münaqişəsi zəminində 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hazırda vəziyyəti ağır olan Ə.Məmmədova 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.

Qeyd edək ki, ailənin iki oğlan övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti