...

Deputat faciəvi şəkildə öldü - Silahı təmizləyərkən...

Hadisə Materials 19 İyun 2019 15:57 (UTC +04:00)
Ukrayna Ali Radasının deputatı, “Xalq cəbhəsi” partiyasının üzvü Dmitri Tımçuk Kiyevdə həyatını itirib
Deputat faciəvi şəkildə öldü - Silahı təmizləyərkən...

Bakı. Trend:

Ukrayna Ali Radasının deputatı, “Xalq cəbhəsi” partiyasının üzvü Dmitri Tımçuk Kiyevdə həyatını itirib.

Trend-in məlumatına görə, hadisə deputat şəxsi silahını təmizləyərkən baş verib.

Eyni zamanda, D.Tımçukun başından güllə yarası aldığı deyilir.

Deputatın ölüm xəbəri alındıqdan sonra Ali Rada işinə fasilə verib.

Hazırda Ukrayna polisi hadisə ilə bağlı araşdırma aparır. Bunun qətl ola biləcəyi də istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti