...

Ağcabədidə ağaca dəyən avtomobilin sürücüsü xəstəxanada ölüb

Hadisə Materials 21 İyun 2019 20:14 (UTC +04:00)

Bakı. Trend:

Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 20-də saat 11 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində Göygöl rayon sakini Yaşar Hacıyev idarə etdiyi “VAZ-21099” markalı avtomobili ağaca vurub.

Nəticədə sürücü və sərnişini, arvadı S.Hacıyeva xəstəxanaya yerləşdirilib, Y.Hacıyev orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti