...

Astarada "Mercedes" yanıb

Hadisə Materials 22 İyun 2019 11:02 (UTC +04:00)

Bakı. Trend:

Astara rayonunda minik avtomobili yanıb.

Trend-ə FHN-dən verilən məlumata görə, "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti