Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının sədri Kim Çen Inla yaxın zamanda görüşməyə hazırdır.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti bu barədə öz "Twitter" səhifəsində yazıb.
D.Tramp bildirib: "Çin Xalq Respublikasının sədri Si (Cinpin) ilə bir neçə vacib görüşdən sonra mən prezident Mun (Çje İn) ilə görüşmək üçün Yaponiyadan Cənubi Koreyaya yollanacağam. Mən orada olduğum zaman KXDR-nın sədri Kim (Çen In) lazım bilərsə mən salamlaşmaq üçün sərhəddə - demilitarizasiya edilmiş zonada onunla görüşəcəyəm".
Qeyd edək ki, D.Tramp G20 sammitinin keçirildiyi Yaponiyanın Osaka şəhərindən Cənubi Koreyanın paytaxtı Seula iyunun 29-u yollanacaq.