...

Hacıqabulda iki "KamAZ" toqquşub - Ölən var

Hadisə Materials 9 İyul 2019 09:00 (UTC +04:00)
Hacıqabul rayonunun Muğan qəsəbəsində "KamAZ" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb.
Hacıqabulda iki "KamAZ" toqquşub - Ölən var

Bakı. Trend:

Hacıqabul rayonunun Muğan qəsəbəsində "KamAZ" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "KamAZ" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Tağıyev Fikrət Əvəz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti