...

"KIA Sportage" ağır qəza törətdi - 5 nəfər öldü

Hadisə Materials 15 İyul 2019 21:40 (UTC +04:00)
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Sərbəndər yolunda ağır yol qəzası baş verib.
"KIA Sportage" ağır qəza törətdi - 5 nəfər öldü

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Sərbəndər yolunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayətinin yol polisi rəisi polkovnik Rza Dövlətşahi deyib.

R.Dövlətşahinin sözlərinə görə, "KIA Sportage" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində 5 nəfər həlak olub.

Hadisəyə səbəb yük maşınının qarşı yola çıxması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti