...

Bakıda mebel sexi və avtomobil yanıb

Hadisə Materials 19 İyul 2019 09:51 (UTC +04:00)
Bakıda mebel sexi və avtomobil yanıb
Bakıda mebel sexi və avtomobil yanıb

Bakı. Trend:

Bakıda mebel sexi və avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) içərisində 10 m² sahədə taxta materialları, tullantıları və yaxınlıqda dayanan “Ford” markalı yük avtomobilinin arxa təkərləri yanıb.

Tikilinin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti