...

Qəzada xəsarət almış Gədəbəy sakini evdə ölüb

Hadisə Materials 19 İyul 2019 13:33 (UTC +04:00)
Gədəbəy rayon sakini yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölüb.
Qəzada xəsarət almış Gədəbəy sakini evdə ölüb

Bakı. Samir Əli - Trend:

Gədəbəy rayon sakini Nəriman Quliyev yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 17-də saat 13 radələrində Gədəbəy rayonunun Qaraməmmədli kəndi ərazisində rayon sakinləri - Nəriman Quliyevin idarə etdiyi “VAZ-2121” və S.Babayevin idarə etdiyi “Honda” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət almış N.Qədimov iyulun 18-də yaşadığı evdə ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti