...

Abşeronda iki ev yanıb

Hadisə Materials 9 Avqust 2019 13:37 (UTC +04:00)
Abşeron rayonunun Mehdiabad qəsəbəsində yanğın hadisəsi olub
Abşeronda iki ev yanıb

Bakı. Trend:

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 170 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları və damına yığılan 3,4 ton ot bağlamasının 800 kq yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti