...

Ağsuda dağlıq ərazidə yanğın başladı, əraziyə 2 helikopter və təyyarə cəlb edildi (YENİLƏNİB)

Hadisə Materials 29 Avqust 2019 15:59 (UTC +04:00)
Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Ağsuda dağlıq ərazidə yanğın başladı, əraziyə 2 helikopter və təyyarə cəlb edildi (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Avqustun 29-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kalağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının qarşısının alnması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helekopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.

XXX

15:09

Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Rayon Icra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.

Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti