...

Goranboyda bir-birinə bitişik tikilmiş 2 ev yanıb

Hadisə Materials 30 Avqust 2019 01:42 (UTC +04:00)

Bakı. Trend:

Goranboyda yanğın olub.

FHN-dən Trend-ə verilən məlumata görə, Goranboy rayonunun Dəliməmmədli şəhərində bir-birinə bitişik tikilmiş ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 42 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 40 km² olan talvarın yanar konstruksiyaları və ümumi sahəsi 92 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti