...

İsmayıllıda sex yanıb

Hadisə Materials 2 Sentyabr 2019 00:48 (UTC +04:00)
İsmayıllı rayonunda yanğın olub
İsmayıllıda sex yanıb

Bakı. Trend:

İsmayıllı rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Basqal qəsəbəsində hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 300 m² olan kəlağayı sexinin içərisində dəzgahların ətrafına çəkilən şüşə pambıq üzlük 20 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti