...

Şəkidə 52 kq narkotik bitki yandırılıb (FOTO)

Hadisə Materials 6 Sentyabr 2019 10:06 (UTC +04:00)

Bakı. Trend:

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun İbrahimkənd kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində ümumi çəkisi 52 kiloqrama yaxın olan 225 ədəd narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti