...

Göygöldə qadını bıçaqla qətlə yetirən KİM imiş?

Hadisə Materials 9 Sentyabr 2019 13:47 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Sentyabrın 8-də saat 4 radələrində Göygöl rayonunun Üçtəpə kəndində yaşayan Günay Cəlilifərhadinin yaşadığı evdə bıçaqla qətlə yetirilməsi barədə Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Məmmədov Bakı şəhərində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti