...

Xaçmazda ikimərtəbəli ev yanıb

Hadisə Materials 12 Sentyabr 2019 01:39 (UTC +04:00)
Xaçmaz rayonunda yanğın olub
Xaçmazda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Xaçmaz rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz rayonunun Hacıəlibəy kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti