...

Binəqədidə "Mercedes" yanıb (YENİLƏNİB) (VİDEO)

Hadisə Materials 25 Sentyabr 2019 18:14 (UTC +04:00)
Bakının Binəqədi rayonunda yanğın olub.
Binəqədidə "Mercedes" yanıb (YENİLƏNİB) (VİDEO)

Bakı. Trend:

Bakının Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün saat 14:55-də FHN-in “112” qaynar telefon xəttinə Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 15:00-da (daxil olmuş zəngdən 5 dəqiqə sonra) hadisə yerinə çataraq yanğının mühərrik bölməsindən avtomobilin digər hissələrinə keçməsinin qarşısını alıb və 15:05 radələrində yanğın tam söndürülüb. Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Elxan İsmayıl oğluna məxsus “Mercedes” markalı 50-CK-141 dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrik hissəsi yanıb, digər hissələr isə yanğından mühafizə olunub: “Əlavə olunmuş müşahidə kameralarından götürülmüş kadrlardan da göründüyü kimi, yanğın FHN-in hadisə yerinə vaxtında çatmış yanğınsöndürənləri tərəfindən operativ olaraq söndürülüb. Odur ki, bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, həqiqətə uyğun olmayan bu kimi məlumatlara deyil, nazirliyin rəsmi saytı vasitəsilə yayılan təsdiqlənmiş məlumatlara istinad edilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti