...

Qəbələdə iki maşın toqquşdu - Ölən var

Hadisə Materials 5 Oktyabr 2019 15:53 (UTC +04:00)
Qəbələ rayonunun Zərgərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qəbələdə iki maşın toqquşdu - Ölən var

Bakı. Samir Əli - Trend:

Qəbələ rayonunun Zərgərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 4-də saat 12 radələrində Qəbələ rayonunun Zərgərli kəndi ərazisində Uludaş kənd sakini A.Sədullayevin idarə etdiyi "Ford" və Oğuz rayon sakini F.Məmmədovun idarə etdiyi "QAZ-3110" markalı avtomobillər toqquşub. Nəticədə F.Məmmədovun həmyerlisi olan 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ziyafət Məmmədova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti