...

Gəncədə evdən 10 min manatlıq əşyalar oğurlanıb

Hadisə Materials 7 Oktyabr 2019 16:15 (UTC +04:00)
Gəncədə evdən 10 min manatlıq əşyalar oğurlanıb.
Gəncədə evdən 10 min manatlıq əşyalar oğurlanıb

Bakı. Trend:

Gəncədə evdən 10 min manatlıq əşyalar oğurlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, narkotik vasitə ilə tutulan N.İbrahimovun ətrafında Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 2-də Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Əliyev və T.Məmmədovla birgə rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə R.Əliyev və T.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti