...

Leysan yağışları İrana 50 milyon dollara yaxın ziyan vurub

Hadisə Materials 16 Oktyabr 2019 19:13 (UTC +04:00)
Son leysan yağışları nəticəsində İranın şimalında yerləşən Gilan vilayətinə 2 trilyon rialdan çox (təxminən 47,7 milyon dollar) ziyan dəyib.
Leysan yağışları İrana 50 milyon dollara yaxın ziyan vurub

Bakı. Elnur Bağışov - Trend:

Son leysan yağışları nəticəsində İranın şimalında yerləşən Gilan vilayətinə 2 trilyon rialdan çox (təxminən 47,7 milyon dollar) ziyan dəyib.

Trend-in məlumatına görə, bunu İranın Gilan vilayətinin valisi Arslan Zare deyib.

A.Zarenin sözlərinə görə, vilayətin 14 rayonunun infrastrukturuna, yaşayış və ticarət binalarına, kənd təsərrüfatı sektoruna ciddi ziyan dəyib.

Vali əlavə edib ki, təkcə vilayətin Əmləş rayonunda 15 saat ərzində 250 millilitr yağış düşüb.

Qeyd edək ki, 13 oktyabrda İranın Gilan vilayətində leysan yağışları nəticəsində bir neçə körpü dağılıb. Yağışlar nəticəsində 1 nəfər itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti