...

Bakıda yıxılan şəxsi FHN xilas etdi

Hadisə Materials 23 Oktyabr 2019 11:19 (UTC +04:00)
Xətai rayonunda 1 nəfər yaşayış binasının giriş hissəsindəki beton plitənin üzərinə yıxılaraq orada köməksiz vəziyyətdə qalıb
Bakıda yıxılan şəxsi FHN xilas etdi

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin yaşayış binasının giriş hissəsindəki beton plitənin üzərinə yıxılaraq orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı aşağı düşürüb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti