Bakı. Trend:
Cəlilabadda "VAZ" yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Alar kəndində “VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.