...

Yol qaydalarını pozan sürücü saxlanıldı - Maşından oğurluq inəklər çıxdı

Hadisə Materials 28 Oktyabr 2019 21:24 (UTC +04:00)
Sürücü özünü şübhəli apardığından nəqliyyat vasitəsindəki 2 baş inəklə birgə Bərdə RPŞ-yə təhvil verilib.
Yol qaydalarını pozan sürücü saxlanıldı - Maşından oğurluq inəklər çıxdı

Bakı. Samir Əli - Trend:

Oktyabrın 27-də saat 7 radələrində Yevlax-Ağdam yolunun 17-ci km-də Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Səlimov idarə etdiyi "Toyota" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürücü özünü şübhəli apardığından nəqliyyat vasitəsindəki 2 baş inəklə birgə Bərdə RPŞ-yə təhvil verilib.

Araşdırmalar zamanı E.Səlimovun inəkləri həmin gün Qobustan rayon sakini Ə.Rizvana məxsus fermadan oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti