...

Binəqədidə təndirxana yanıb

Hadisə Materials 11 Noyabr 2019 09:28 (UTC +04:00)
Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Binəqədidə təndirxana yanıb

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Məlumata görə, yanğın binanın birinci mərtəbəsində mağazada qeydə alınıb. Mağazanın içərisində tikilən ümumi sahəsi 30 m² olan təndirxananın yanar konstruksiyaları 15 m² sahədə yanıb. Təndirxananın qalan hissəsi və mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti